Maraqlı

Əzrayil Həzrət Musanın canını necə aldı?

13 İyul 2019 23:50
2 Şərh     Baxış: 2 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir gün Əzrayil (ə) Həzrət Musanın (ə) yanına gəlir.

Musa (ə) soruşur: "Ziyarətim üçün gəlmisən, yoxsa ruhumu qəbz etmək üçün?".

Əzrayil (ə) deyir: "Ruhunu qəbz etmək üçün".

Musa (ə): "Mənə bir saat möhlət ver, övladlarımla xudahafizləşim".

Əzrayil (ə): "Möhlət yoxdur".

Musa (ə) səcdəyə düşür və Allaha yalvarır ki, ona övladları ilə xudahafizləşmək üçün möhlət versin.

Allah Təala Əzrayilə (ə) xitab edir: "Musaya (ə) möhlət ver!". (Tebyan)

Əzrayil (ə) də möhlət verir və Musa (ə) anasının yanına gəlir və deyir: "Qarşıda səfərim vardır". Anası deyir: "Nə səfərdir?". Musa: "Axirət səfəridir".

Anası bu sözlərdən ağlayır.

Musa (ə) həyat yoldaşının yanına gəlir və uşaqlarını onun yanında görür. Onlarla xudaрфfizləşir. Uşaqları atasının ətəyindən yapışıb, ağlayırlar və Musanın (ə) qəlbi də yanır, o da ağlayır.

Allah Musaya (ə) vəhy edir: "Ey Musa! Sən bizim dərgahımıza gəlirsən! Bu ağlamağın nə üçündür?".

Musa (ə): "Ürəyim uşaqlarımın halına yanır".

Allah: "Ey Musa! Onlardan ürəyini qopart. Mən onların qayğısına qalacağam və onları məhəbbət qucağımda böyüdəcəyəm".

Musanın (ə) qəlbi sakitləşir və Əzrayilə (ə) deyir: "Canımı hansı üzvümdən alacaqsan?".

Əzrayil (ə): "Ağzından".

Musa (ə): "Vasitəsiz olaraq Allahı zikr etdiyim ağzımdan canımı alacaqsan?".

Əzrayil (ə): "Əlindən".

Musa (ə): "Tövratı tutduğum əlimdən?".

Əzrayil (ə): "Ayağından".

Musa (ə): "Allaha münacat üçün Tur dağına getdiyim ayaqlarımdan?".

Əzrayil (ə) Musaya (ə) gözəl ətirli bir narıngi verir və Musa (ə) onu iyləyib can verir. Mələklər Musaya (ə) deyirlər: "Ey o kəs ki, peyğəmbərlər arasında ən rahat can vermişdir! Ölümü necə gördün?".

Musa (ə) deyir: "Ölümü, qoyunun diri-diri dərisini soyan kimi gördüm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.