Maraqlı

Həzrət Musaya edilmiş dörd vəsiyyət

13 İyul 2019 20:55
0 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.

1. O zamana qədər ki, Allahın səni bağışladığını bilmirsənsə, insanların eybi ilə işin olmasın. Özünün bağışlanmağın üçün vasitə fikirləş.

2. O zamana qədər ki, xəzinələrimdə olan sərvətin bitdiyini bilmirsənsə, ruzi üçün qüssə yemə. Sənə yazılan sənə çatacaqdır.

3. O zamana qədər ki, Mənim hakimiyyətimin sona çatdığını bilmirsən, heç kimə ümid etmə.

4. Təhlükəli düşmən olan şeytanın ölüm xəbəri sənə çatmayıbsa, onun hiyləsindən amanda olma.

Həzrətə vəhy gəlir: "Məni sev, insanları da Mənim məhəbbətimlə bəzə". Musa cavab verir: "Sən bilirsən ki, Səni hamıdan çox sevirəm. Ancaq bəndələrini məhəbbətə necə dəvət edim?". Vəhy gəlir: "Onlara verdiyim nemətləri yadlarına sal ki, nemətlərin qədrini bilsinlər. Bu yolla Mənə əlaqə göstərərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.