Maraqlı

Google Home ağıllı səsgücləndiricisi eşitdiyi hər bir şeyi yazır

13 İyul 2019 08:35
0 Şərh     Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google Home ağıllı səsgücləndiriciləri hətta istifadəçilərin həmin səsgücləndiricilərə müraciət etmədikləri halda da onların danışıqlarını dinləyir. Bu barədə VRT News saytına istinadən Macdigger saytı xəbər verib. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə istifadəçilərin danışıqlarının dinlənilməsində Amazon şirkətinin Amazon Alexa ağıllı səsgücləndiricisi də günahlandırılmışdı. Həmin vaxtda Amazon şirkəti bunun doğru olduğunu etiraf etmişdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, VRT News saytına bu barədə məlumat vermiş anonim şəxs Hollandiyadan və Belçikadan olan Google Home istifadəçilərinin özəl danışıqlarını özündə əks etdirmiş səs yazısını təqdim edb. Həmin səs yazılarında adi danışıqlar və ailə daxili mübahisələr var idi. Həmin istifadəçilər ağıllı səsgücləndiriciyə "Ok, Google" deyərək müraciət də etməmişdilər.

VRT News saytı xəbər verib ki, bu məlumatı təqdim etmiş anonim şəxsin işi məhz bu cür danışıqların deşifrələməsi olub. Rəsmi bəyanata əsasən bu, ağıllı səsgücləndiricinin daha da təkmilləşdirilməsi üçün edilir. Lakin Google Home cihazının sənədlərində onun daimi olaraq istifadəçilərin danışıqlarını dinləməsi barəsində heç bir məlumat yoxdur. Google şirkətinin təmsilçiləri bu barədə hələki heç bir fikir bildirməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.