"Samsung" şirkəti Qudvud sürət festivalında (Goodwood Festival of Speed) beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) vasitəsilə məsafədən idarə olunan dünyanın ilk avtomobilini təqdim edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, eksperimental avtomobil "Lincoln MKZ" modeli əsasında yaradılıb. O, virtual reallıq (VR) mühitində işləyən "Designated Driver" distansiyalı idarəetmə sistemi ilə təchiz edilib.
Platforma "Samsung Gear VR" qarniturunun və "5G" şəbəkəsi vasitəsilə məlumatların ötürülməsi üçün terminal qismində çıxış edən "Samsung Galaxy S10 5G" smartfonunun tətbiqini nəzərdə tutur.
Qeyri-adi avtomobilin imkanlarının nümayişi zamanı drift üzrə çempion Von Qittin avtomobili virtual reallıqda distansiyadan idarə edərək dünyanın məşhur "Goodwood Hillclimb" yolunun keçilməsini göstərib.
Bildirilir ki, informasiyanın ötürülməsi üçün dünyanın ən məşhur mobil rabitə operatorlarından olan "Vodafone" şirkətinin yüksəksürətli "5G" şəbəkəsindən istifadə olunub.
"Qudvudun digər nöqtəsində olan sürücü avtonom avtomobili virtual reallıq eynəyi vasitəsilə idarə edir. "Vodafone 5G" şəbəkəsi "4G" ilə müqayisədə məlumatların 10 dəfə sürətli ötürülməsini və siqnalın cüzi yubanmasını təmin edir ki, bu da ani çağırışın həlledici əhəmiyyətə malik olduğu vəziyyətdə çox vacibdir", - layihə iştirakçıları bildirib.
Milli.Az
Maraqlı
Distansiyalı “5G” idarəetməli ilk avtomobil yaradılıb
13 İyul 2019 07:41
0 Şərh
Baxış: 826
DİGƏR XƏBƏRLƏR
- Yaz-yay üçün qarderobumuzu belə hazırlamalıyıq - Tanınmış modelyerdən məsləhət
- Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB
- Limon və laym arasındakı fərq nədir?
- “iPhone 16 Pro”dan hər kəsi sevindirəcək 3 xüsusiyyət
- ABŞ alimlərindən ŞOK: “İnsan öləndən sonra ruh yaşamağa davam edir”
- Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
XƏBƏR LENTİ
- "Hudutsuz sevda"ya vida etdi - FOTO
- Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
- ÇL-də həftənin ən yaxşısı açıqlandı
- Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı
- Ermənistanın ərazisi İranın daha “qırmızı xətti” deyil? – Səfir
- Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov
- Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı
- Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir
- Erməni tağım komandirinin müavini öldü
- Dua Lipa məşhur brend üçün kamera qarşısına keçdi - FOTOlar
- Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
- Yaz-yay üçün qarderobumuzu belə hazırlamalıyıq - Tanınmış modelyerdən məsləhət
- Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü
- Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
- İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi
- Lavrovdan İrəvana: Bu, AB missiyası deyil, NATO-dur!
- Döş xərçəngindən qorunmağın 5 YOLU
- "Əsl musiqiçilər qoca olmur"
- Özəl universitetlər: boşda qalmamaq, yoxsa təhsil üçün seçilir? – ARAŞDIRMA
- Vladimir Kazimirov öldü
- Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB
- Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - VİDEO - FOTOlar
- Bu vulkan hər gün göyə 6000 dollar püskürür