Maraqlı

“3D” printerlə “Lamborghini Aventador” avtomobili çap edilib

13 İyul 2019 07:31
0 Şərh     Baxış: 483

Avstraliya fiziki Sterlinq Bekus və onun oğlu İtaliyanın "Lamborghini Aventador" şirkətinin avtomobilini üçölçülü printerlə çap ediblər.  
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, onlar gün ərzində 1 saat çalışmaqla bu işin görülməsinə 18 ay sərf ediblər. Layihəyə isə ümumilikdə 20 min dollar xərclənib.
 
Bildirilir ki, avtomobilin bütün detalları "3D" printer vasitəsilə çap edilməyib. Belə ki, yan güzgülərin şüşələri, sükan çarxı və ötürücülər orijinal "Lamborghini Aventador" versiyasından götürülüb.
 
Bundan başqa, avtomobilin kapotu altında 6,5 litrlik mühərrik əvəzinə, həcmi 5,7 litr təşkil edən "Chevrolet Corvette" motoru quraşdırılıb.
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.