Maraqlı

Tupakın Madonnaya türmədən yazdığı məktub hərracda - Qiyməti isə…

12 İyul 2019 09:25
0 Şərh     Baxış: 2 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum reper Tupakın müğənni Madonnaya yazdığı məktub hərraca çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" "Gotta Have Rock and Roll" internet-auksionuna istinadən xəbər verib.

Məktub 100 min ABŞ dollarına satılır. Qeyd edilir ki, Tupak həmin məktubu Madonnaya 1995-ci il yanvarın 15-də həbsxanadan yazıb.

Reperin məktubu üç səhifədən ibarətdir. O, yazdıqlarını "Həmişəlik, 2PAC, Tupak Şakur" adlandırıb.

"Rasizmin fəsadları qaradərili kişinin ağ qadına olan bağlılığını lazımi şəkildə göstərməyə çətinlik yaradır", - Tupakın məktubunda qeyd edilib.

Qeyd edək ki, T. Şakur 1996-cı il sentyabrın 13-də ABŞ-ın Las-Veqas şəhərində dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.