Maraqlı

Avropada çox önəmli kəşf - Ən qədim insan qalıqları tapıldı

11 İyul 2019 19:49
0 Şərh     Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropada 40 il əvvəl tapılan insan qalıqları ilə bağlı yeni məlumat üzə çıxıb.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "Nature" jurnalında məlumat yayılıb.

1970-ci illərin sonunda Yunanıstanın cənubundakı Apidima mağarasında pis vəziyyətdə olan iki insan kəlləsi tapıldı. Kəllələrin vəziyyəti pis olduğu üçün analiz aparmaq mümkün olmadı. Arxeoloqlar isə bu sümüklərin neandertal insana məxsus olduğunu düşündülər və tapıntı Afina muzeyinə göndərildi.
Uzun illər sonra alman antropoloqları müasir aparatların vasitəsilə analiz apardılar və məlum oldu ki, kəllə sümükləri fərqli növlərə məxsusdur. Onlardan biri əsrin tapıntısıdır. Çünki Avropa ərazisində bu günə qədər tapılan ən qədim insan sümüyüdür. Sümüyün 210 min il yaşı var.

Alimlərin fikrinə əsasən, Alidima mağarasının sakinləri digər Homo sapienslər kimi Afrika qitəsini 200 min il əvvəl tərk ediblər. Homo neandertallarla mübarizədə məğlub olublar.

Bu isə insanın planetə yayımaq üçün bir neçə cəhd etdiyindən xəbər verir...

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.