Maraqlı

1 stəkan pomidor şirəsinin möcüzəsi – Radiasiyanı təmizləyir, xərçəngdən qoruyur

11 İyul 2019 22:25
0 Şərh     Baxış: 3 437

Avropa və Amerikada radiasiya təhlükəli işlərdə çalışanlara, ofis işçilərinə və müəyyən peşələrdə çalışanlara iş vaxtı hər gün 1 stəkan tomat şirəsi içirirlər.
Avropada marketlərdə ən çox satılan şirə elə pomidor şirəsidir.

Alimlər bildirir ki, müasir insan, xüsusən şəhərdə yaşayanlar hər gün bir stəkan təzə pomidor şirəsi içməlidir.
Milli.Az medicina.az-a istinadən pomidor şirəsinin hansı xəstəliklərdə faydalı olduğunu araşdırıb.

Pomidoru sağlamlıq üçün qiymətli edən tərkibindəki likopin adlı qırmızı piqmentdir. Bu piqment çox güclü antioksidant təsir edir.

1.Xoşbəxtlik hormonunu artırır

Tomat şirəsi serotonin adlı xoşbəxtlik, yaxşı əhval hormone sintez edir. Ona görə depressiya, stress, həyəcan və gərginlikdən əziyyət çəkənlərin pxisikası üçün əvəzsizdir

2.Xərçəng əleyhinə təsir edir

Likopin oksidantları zərərsizləşdirir, radiasiya qalıqları, ağır metallar, duzlar, toksinləri çıxarır, əsas da udulan şüanı zərərsizləşdirir ki, bunlar orqanizmdə bəd şişlər yaratmağa səbəb olacaq. Ona görə pomidor şirəsi xərçəng əleyhinə vasitələrdən biri kimi layiqli yerini tutub.

3. Bağırsaqlarda çürüməyə qarşıdır

Qəbizliyi, eləcə də bağırsaq mikroflorası pozulmuş adamlarda qida qalıqları bağırsaqda çürüyür, iylənir və zəhər yayır. Pomidor şirəsi bağırsaqları bu çürüntüdən xilas edir.

4.Tromb yaranmasına mane olur

Bütün günü oturaq işdə çalışan, qan dövranı pozulmuş şəxslər hər gün tomat şirəsi içməlidir. Pomidor venoz damarları təmizləyir, tromv yaranmağa imkan vermir.

5.Kişi cinsiyyət sistemi üçün əvəzsizdir

Şirədə olan kalsium prostat vəzini iltihabi proses və onkoloji xəstəliklərdən qoruyur. Eləcə də pomidorda olan tokoferol və retinol testosteronun  hasilini artırır, kişi sonsuzluğuna qarşıdır. Müntəzəm təzə pomidor şirəsi içdikdə spermanın keyfiyyəti yüksəlir, ereksiya artır, təbii protein verir.

6. Təzyiqi normallaşdırır

Bir stəkan şirə təzyiqi salır. Amma aşağı təzyiqi olanlar çox içməsin.

7.Qanda şəkəri tənzimləyir

Tərkibində az miqdar saxaroza olduğu üçün diabet xəstələrinə məsləhətdir

8. Güclü filtr təsiri var

Zərərli maddələrlə yüklənmiş qaraciyəri və böyrəkləri təmizləyir. Təbii ödqovucudur, həzmi və metobolizmi yaxşılaşdırır

9.Kəllə daxili təzyiqi azaldır

Uşaqlara da verilə bilər

10.Orqanizm tərəfindən udulmuş radiasiya və şüanı çıxarır

Bu isə indiki dövrdə bütün xəstəliklərin səbəbidir.

Kimlərə olmaz:

-Kəskin qastrit, xora, mədə-bağırsaq yaraları
-Xolesistit
-Pankreatit
-Hepatit, sirroz

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.