Maraqlı

Xoruza gecələr banlamağı "qadağan etdilər"

11 İyul 2019 09:21
15 Şərh     Baxış: 3 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Sürix bölgəsində üç ailə evində xoruz və toyuqlar saxlayan qonşularını məhkəməyə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ev quşları saxlayan ailəyə qarşı əsas şikayət xoruzun banlamasıdır.

Belə ki, xoruzun səsindən narahatlıq keçirən qonşuları toyuqların varlığı qıcıqlandırmır.

Məhkəmə isə bununla bağlı qərar çıxarıb. Qərara əsasən, xoruzun sahibi adi günlərdə 22.00-dan 08.00-dək, bazar günləri isə 22.00-dan 09.00-dək onun banlamasının qarşını almalıdır.

Həmçinin, bildirilir ki, ev quşlarının qaldığı hindən səsin daha az çıxması üçün tədbir görülməli, göstərilən tarixlərdə toyuqlar hini tərk etməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.