Maraqlı

Terri Qrant Jaguar F-Type R modelini iki təkərə qaldırıb - VİDEO

13 İyul 2019 23:01
0 Şərh     Baxış: 541

Britaniyalı kaskadyorTerri Qrant Qudvuddakı trassı iki təkər üzərində qət edib. Yürüş zamanı, Ginnessin rekordlar kitabının rekordçusu Jaguar F-Type R kupesinin sükanı arxasında olub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Terri Qrant ilə Jaguar şirkətinin əməkdaşlığı bir neçə il bundan öncə başlayıb. Kaskadyor britaniya markasının krossoverlərinin reklam çarxlarının çəkilişlərində iştirak edib. O, F-Pace krossoverindən "ölüm ilgəyi", E-Pace modelində isə "çəllək" tryukunu yerinə yetirib. Bu dəfə isə, kaskadyor Qudvuddakı 1,86 kilometrlik trassı Jaguar F-Type R kupesində iki çarxın üzərində qət etmək qərarına gəlib. Xatırlatmaq istərdim ki, 2017-ci ildə Terri bu tryuku Range Rover Sport SVR modelində yerinə yetirib.
Jaguar F-Type R 550 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edən 5,0-litrlik mexaniki kompressorlu V8 mühərriki ilə təchiz edilir. F-Type modeli 100 km/saat həddinə 4,2 saniyəyə sürətlənir və 300 km/saatlıq maksimal sürət həddinə malikdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.