Maraqlı

Renault Megane Trophy-R modelini məhdud sayda buraxacaq - FOTO

11 İyul 2019 22:01
0 Şərh     Baxış: 516

Renault şirkəti ümumi yollar üçün sertifikatlaşdırılımış Megane RS Trophy-R trek hetçbekinin məhdud saylı partiyasını buraxacağını elan edib. Bundan başqa, fransız istehsalçısı modelin dinamik xarakteristikaları barədə məlumatı da dərc edib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Renault Megane RS Trophy-R 300 at qüvvəsi və 470 Nm fırlanma anı hasil edən 1,8-litrlik turbomühərrik ilə təchiz edilir. Model 100 km/saat həddinə 5,4 saniyəyı sürətlənir və 262 km/saat maksimal sürət həddinə malikdir. Bununla belə, Trophy-R arxa divan və klimatik sistemdən imtina sayəsində Trophy hetçbekindən 130 kiloqram yüngüldür. Avtomobil gücləndirilmiş əyləc mexanizmləri və daha sərt yayları olan yarış asqısı ilə təchiz edilir.

Renault Megane RS Trophy-R modelinin satışlarına bu ilin sonunda başalanacaqdır. Trek hetçbeki 500 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Bu avtomobilləridən 30 nesxəsi Böyük Britaniyada satılacaq sağsükanlı versiyada olacaqdır. Megane RS Trophy-R modeli Renault Sport, Akrapoviç, Brembo, Bridgestone, Öhlins və Sabelt firmaları ilə birlikdə hazırlanıb.

Renault Megane RS TRophy-R trek hetçbekinin yeni nəsli Nürburqrinq trekini 7 dəqiqə 40,100 saniyəyə qət edib və Honda Civic Type R modelinin nəticəsini dörd saniyə yaxşılaşdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.