Maraqlı

Məşhur əyləncə mərkəzindəki kütləvi davanın görüntüləri yayıldı - VİDEO

10 İyul 2019 12:53
0 Şərh     Baxış: 2 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Anahaym şəhərindəki məşhur əyləncə mərkəzi olan "Disneyland"da dava düşüb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, eyni ailənin üzvləri arasındakı davaya kənardakılar müdaxilə etməyiblər.

Məlumata görə, dava bacı və qardaş arasında başlayıb, daha sonra ailənin digər üzvləri də davaya qoşulub.

Yumruq və təpiklə bir-birinə zərbələr endirən ailə üzvlərini mühafizəçilər çətinliklə ayıra biliblər. Davanın səbəbi isə bilinmir.

Davanın görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra polis hərəkətə keçib. Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.