Maraqlı

Bu xəbər İmam Əlinin göz ağrısını unutdurdu

11 İyul 2019 22:40
2 Şərh     Baxış: 1 342

Nəql edirlər ki, Əmirəl-möminin (ə) şiddətli göz ağrısına düçar olur. Həzrət Peyğəmbər (s) onu ziyarət etmək üçün gəlir və buyurur: "Ey Əli! Nə olmuşdur?".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Heç bir zaman bu qədər şiddətli ağrıya düçar olmamışam". Peyğəmbər (s) ona dəhşətli bir xəbər verir ki, bu xəbər ona ağrısını unutdurur.

Bu xəbər belə idi: Peyğəmbər (s) buyurur: "Həqiqətən, o zaman ki, Əzrayil (ə) kafirin canını almağa gələr, onunla birlikdə atəşdən qılınc olar. Onunla onun canını alar. Cəhənnəm fəryad çəkər".

Əmirəl-möminin (ə) bu xəbərdən qalxır və əyləşir. Buyurur: "Ya Rəsulallah! Buyurduğunuz hədisi təkrar edin ki, bu xəbərin qorxusundan göz ağrısını unutdum. Sizin ümmətdə kimsə vardırmı ki, bu keyfiyyətdə cəzalanıb, ölsün?".

Həzrət Peyğəmbər (s) buyurur: "Bəli. Üç dəstə müsəlmandır ki, bu cür can verərlər: zülm edən hakim, nahaq yerə yetim malı yeyən və yalandan şəhadət verən".

İmam Əlinin (ə) İlahi mərifəti onun bu xəbəri belə qəbul etməsinə səbəb olmuşdur. Allah Təala o mərifətin bir zərrəsini bizlərə də qismət eləsin.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Möminə · 11 İyul 22:5430

    Görəsən bizdə zülm etməyən hakim var? Nə qədər haqqımıza giriblər? Nə qədər yetim gözü yaşlı qoyublar?

    Cavab yaz
  • Anonim
    günahkar bəndə · 12 İyul 09:4400

    SALAMUN ALEYKUM CÜMƏ GÜNÜVÜZ MÜBÜRƏK ALLAH BİZİ HİFS ETSİN AMİN

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.