Maraqlı

Sony şirkəti Xperia 20 smartfonu üzərində çalışır

11 İyul 2019 08:46
0 Şərh     Baxış: 1 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baxmayaraq ki, Sony şirkəti bir neçə müddət bundan öncə Xperia 10 smartfon modelini satışa çxıartdı, şirkət artıq Xperia 20 modeli üzərində çalışır. Milli.Az technote.az-a istinadən bildirir ki, verilmiş məlumata əsasən Xperia 20 modelinin xarici görünüşü Xperia 10-dan heç də fərqlənməyəcək. Xperia 20 plastik materialdan hazırlanmış gövdəyə və 21:9 nisbətli Full HD+ keyfiyyətli 6 düym LCD ekrana sahib olacaq.

Qeyd etmək lazımdır ki, Xperia 10 modeli Snapdragon 630 prosessoru vasitəsilə çalışır. Lakin məlumata əsasən Xperia 20 modeli Snapdragon 710 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 12 MP + 12 MP ikili arxa kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumata əsasən Xperia 20 modeli bu ilin payız fəslində və ya dekabr ayında təqdim olunacaq. Çox güman ki, sözügedən model Xperia 20 Plus və Xperia 2 flaqman modeli ilə birlikdə təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.