Maraqlı

Piramidada yeraltı yol tapıldı

8 İyul 2019 19:36
1 Şərh     Baxış: 1 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arxeoloqlar Misirin Cosera piramidasında yeni kəşfə imza atıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, alimlərin fikrinə əsasən, yeraltı dünyaya aparan yol kəşf edilib. Qeyd edilir ki, yolun dərinliyi 20 metrdir və bir neçə alçaq dəhlizdən ibarətdir.

Varşava universitetinin arxeoloqu Kamil Kuraşkeviçin fikrinə əsasən, bu yol Fironun qəbir həyatına gedən yolunun üçölçülü modelidir.

Bundan başqa yolun dəhlizləri də var. Onlardan birində alimlər üzərində ilan təsviri olan ritual qarpunu tapıblar. Mütəxəssislərin fikrinə əsasən, silah fironu gözləyən təhlükələrdən birinin simvolu və ya qəbir həyatına gedən yolda müdafiə vasitəsi ola bilərdi.

Dünyasını dəyişən firon əbədi həyata qovuşmadan bir sıra çətinlik və maneələri dəf etməlidir. Əgər alimlərin ehtimalları özünü doğrultsa, dəhlizlər yeni tunellərə açılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.