Maraqlı

Göldə sirli məxluq kameralara düşüb - VİDEO - FOTO

8 İyul 2019 01:30
1 Şərh     Baxış: 3 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda ABŞ-ın Miçiqan gölündə qeyri-adi məxluq kameralara düşüb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Tim Uendl adlı amerikalı gölün cənub hissəsində çox iri, sirli məxluqu lentə ala bilib. Güclü külək göldə fırtına yaradıb və Tim fırtınaya tamaşa edirmiş. Birdən o, heç bir heyvana bənzəməyən iri məxluq görür.

Amerikalı gördüklərini kameranın yaddaşına köçürür və sosial şəbəkədə paylaşır. Yerli hindular isə göldə 15 metr uzunluğu olan ilanın yaşadığını bildirirlər. Hətta XIX əsrdə də bu barədə yerli qəzetlər yazıb.

Doktor Pit Van Vranken kadrları izlədikdən sonra bunun nəhəng ilanbalığı olduğunu deyib. Məsələ burasındadır ki, ən böyük ilanbalığının uzunluğu 1 metrdir. Kadrdakı məxluq isə çox böyükdür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.