Maraqlı

Almaniyada 5G mobil rabitə şəbəkəsi işə salınıb

5 İyul 2019 21:11
1 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Berlin və Bonn şəhərlərində beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi istifadəyə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir müddət sonra 5G şəbəkəsi Hamburq, Darmştadt, Leypsiq və Münxendə də işə salınacaq. Bu il yüzdən çox nöqtədə beşinci nəsil mobil rabitəni dəstəkləyən 300-ə yaxın antena quraşdırılacaq. 2020-ci ilin sonunadək şəbəkə Almaniyanın 20 ən böyük şəhərini əhatə etməlidir.

İyunun ortalarında ölkənin mobil operatorları yeni standart tezlikləri üçün 6,5 milyard avrodan çox pul ödəyiblər. Tezliklərin satış hərracında Deutsche Telekom, Vodafone, Telefonica və United Internet iştirak ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.