Maraqlı

Ajda Pekkanın son görüntüləri dillərə düşdü - VİDEO

5 İyul 2019 18:26
2 Şərh     Baxış: 3 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

73 yaşlı müğənni Ajda Pekkan son görüntüsü ilə sosial şəbəkədə gündəm yaradıb.

Milli.Az xəbər verir ki, ulduz dünən Çingiz Semercioğlunun canlı yayımlanan proqramına qonaq olub. Canlı yayımda yeni mahnısı "Canın Sağ Olsun"u təqdim edən Pekkanın danışarkən üzündə heç bir mimikaların yaranmaması müzakirə yaradıb. Estetik əməliyyat kraliçası kimi tanınan Ajda Pekkan veriliş boyu mimikasız və heykəl kimi dayanıb. Onun üzünü estetik müdaxilərlə bu hala salınması kəskin tənqid edilib.

Müğənni verilişdə məişət işləri haqqında səmimi açıqlamalar verib. O bildirib ki, hiperaktiv insan olduğu üçün hər işini çatdırır:

"Mağazanın nisyə dəftəri kimi qalın dəftərim var. Broşum itsə, dəftərə yazıram. Bütün əşyalarımın izindəyəm. Evdə süd yoxdursa, onu da dəftərə qeyd edirəm. Həm müğənniyəm, həm rejissor, həm ev xanımıyam, həm də şirkətin sahibiyəm. Bütün bunları idarə etmək çox çətindir. Maliyyə məsələləri isə heç sevmədiyim mövzudur". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.