Maraqlı

Diri kərtənkələ yeyən oğlan 10 gün sonra öldü

4 İyul 2019 22:20
7 Şərh     Baxış: 4 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyada mərc gələrək diri kərtənkələ yeyən 34 yaşlı kişi 10 gün sonra dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Brisben şəhərində olub. Devid Douell adlı şəxs əyləncə gecəsindən sonra sərxoş halda sürünəni yeyib. Vəziyyəti pisləşən Douelldə qusma və ishal başlayıb. Dərhal xəstəxanaya çatdırılan gəncə salmonellez zəhərlənməsi diaqnozu qoyulub.

Bir neçə gün sonra Devidin bədəni şişməyə və ağciyərlərinə su yığılmağa başlayıb. Həkimlər onu süni komaya salsalar da, oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Devidin ölümünə səbəb kərtənkələnin bədənindəki salmonella bakteriyasının ona yoluxmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.