Maraqlı

Səudiyyə Ərəbistanının ilk qadın səfiri fəaliyyətə başlayıb

4 İyul 2019 22:40
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının ilk qadın səfiri Rima Bint Bəndər Əl-Səud krallığın diplomatik missiyasının rəhbəri kimi Vaşinqtonda fəaliyyətə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şahzadə Rima Bint Bəndər Əl-Səud özünün Twitter səhifəsində yazıb: "Bu gün Vaşinqtonda etimadnaməmi təqdim etməkdən böyük qürur hissi keçirdim. ABŞ paytaxtında öz həyatımın yeni səhifəsini açıram". İlk qadın səfir yüksək peşəkarlığı olan komanda ilə işləyəcəyindən məmnunluğunu da ifadə edib.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdül Əziz aprelin 16-da Şahzadə Rima Bint Bəndər Əl-Səudun ölkənin Birləşmiş Ştatlarda səfiri təyin olunması barədə sərəncam imzalayıb. Krallığın Vaşinqtonda əvvəlki səfiri kralın oğlu Şahzadə Xalid bin Salman olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.