Maraqlı

“Xiaomi” şirkəti yeni “CC9” smartfonunu təqdim edib

6 İyul 2019 08:11
0 Şərh     Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xiaomi" şirkəti yeni "Mi CC9" smartfonunu və onun ucuz versiyasını - "Mi CC9e" təqdim edib. "Mi CC9" smartfonunun qiyməti 260 dollar, onun sadələşdirilmiş versiyasının qiyməti isə 188 dollar təşkil edəcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Mi CC9" smartfonu 6,3 düym diaqonala və Full HD+ təsvir ölçüsünə malik displey, üçqat əsas kamera və "selfi" üçün kamera, 4030 milliamper/saat tutumlu akkumulyator batareyası, həmçinin "Snapdragon 710 SoC" prosessoru ilə təchiz edilib. Aparat 6 QB-lıq əməli və 128 QB-lıq daxili yaddaşa malikdir.
 
Smartfonun ucuz versiyası 6 düymlük HD+ təsvir ölçüsünə malik displey və "Snapdragon 665" prosessoru ilə təchiz edilib. Hər iki telefon qara, ağ və göy rənglərdə əlçatan olacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.