Maraqlı

Məşhur aktrisa istirahət zamanı öldü

3 İyul 2019 18:32
0 Şərh     Baxış: 1 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur alman aktrisa Lisa Martinek vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisə aktrisa rejissor əri Giulo Ricciarelli və üç övladı ilə birlikdə getdiyi İtalya tətilində baş verib.

Bir yaxta kiraləyən cütlük dəniz gəzintisinə çıxıb. Aktrisa üzən zaman əri onun çətinlik çəkdiyini görüb və yaxtaya geri gətirib. 47 yaşlı Lisa vertolyot köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Həkimlər yolda ölən qadını həyata qaytarmağa çalışsalar da, bacara bilməyiblər.

Qeyd edək ki, Lisa bir çox məşhur filmlərdə çəkilib. O, Almaniyanın ilk kor qadın vəkili Romi Helandın həyatından bəhs edən serialda rol alırdı. Ekran işinin hələ son 6 bölümü çəkilməli imiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.