Maraqlı

Son 6 ildə Misirə 38 milyard dollardan çox xarici investisiya cəlb edilib

3 İyul 2019 02:30
0 Şərh     Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika ölkələri birbaşa xarici investisiyaların cəlb edilməsi sahəsində böyük uğurlar qazanıb. 2018-ci ildə belə investisiyaların həcmi 46 milyard ABŞ dollarına çatıb. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 11 faiz çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatlar BMT-nin Ticarət və İnkişaf Təşkilatının 2019-cu ildə dünyada investisiyalar barədə məruzəsində öz əksini tapıb.

Məruzədə qeyd edilir ki, son 6 ildə birbaşa xarici investisiyaların cəlb edilməsi göstəricisinə görə Afrika qitəsi ölkələri arasında liderlik Misirə məxsusdur. 2013-2018-ci illərdə Misir iqtisadiyyatına birbaşa investisiyaların həcmi 38,098 milyard dollar olub.

Hesabata görə, 2013-cü ildə Misirə təqribən 4,256 milyard, 2014-cü ildə təqribən 4,612 milyard, 2015-ci ildə təqribən 6,925 milyard, 2016-cı ildə təqribən 8,107 milyard, 2017-ci ildə təqribən 7,409 milyard və 2018-ci ildə 6,789 təqribən milyard ABŞ dolları məbləğində xarici investisiya cəlb edib.

Sənəddə qeyd edilir ki, Misirə investisiya axınının artması bu ölkədə əlverişli investisiya mühiti yaradılması, habelə Misirin hakimiyyət orqanları tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində mümkün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.