Maraqlı

Misirdə qəribə mumiyalar tapıldı - FOTO

2 İyul 2019 20:49
0 Şərh     Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşalı arxeoloqlar Qahirə yaxınlığındakı Sakkara nekropolu ərazisində onlarla mumiya aşkarlayıblar.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, tapıntı Coser ehramının ətrafında qazıntılar zamanı üzə çıxıb.

Alimlərin sözlərinə görə, mumiyaların yaşı təqribən iki min ilə çatır. Onların çoxu qumda qazılmış çuxurlarda basdırılıb və mumiyalamanın yalnız əsas mərhələlərini keçib.

Mumiyaların ayaqları qədim Misir tanrısı Anubisin təsvirinin olduğu bəzəklə örtülüb. Anubis tamamilə qeyri-adi göy rəngdədir. Hərçənd onu qara rəngdə təsvir edirdilər. Alimlər bunu onunla izah edirlər ki, inanclara əsasən, tanrıların saçları göy rəngli qiymətli daşdan hazırlanırdı.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.