Maraqlı

8 ay xəstə yatan aparıcı: “Eşitdiyim səs məni həyata qaytardı”

1 İyul 2019 17:39
0 Şərh     Baxış: 3 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evinin vanna otağında yıxıldıqdan sonra xəstəxanaya aparılan və 8 ay müalicə olunan aparıcı Mehmet Əli Ərbil yeni açıqlamalar verib.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, aparıcı oyananda ilk kimin adını çəkdiyini və onu həyata kimin qaytardığından danışıb.

"24 saat bütün keçmiş həyat yoldaşlarım yanımda idi. Onlar hər zaman yanımda olublar. Çox dostum var, bunu başa düşdüm. Oynanda ilk arvadımın adını, "Muhsinə" demişəm.

Mənim üçün ailə hər zaman önəmli olub. Çox güclü bir bağ var aramızda. Qızlarım, keçmiş həyat yolaşlarım yanımda oldular. Kürəkənim hər gün dua etdi. Bilmədiyim duaları da onun sayəsində öyrəndim. Bir dəfə duanı oxuyurdu, mən də təkrarlayırdım. Şəcərəmizi çıxartmışam, ailəm Peyğəmbərin soyundan gəlir. Qızımın yuxusuna ağ saçlı, ağ saqqalı bir nurani qoca gəlib. "Mən atanın qulağına bir söz deməliyəm". Sezin də "Mənə deyin, mən çatdıraram" deyib. O da "Atanın qulağına de ki, onun bu dünyada işi bitməyib" deyib. Qızım bunu mənə deyəndə çox təsirləndim. Çox dəyərli şeylərdir.

Mənə hər zaman tamaşaçılarım verilişlərdə "Mehmet Ali Bey" deyə qışqırırdılar. Məni o səs xilast etdi. Həkim də başımın ucunda "Mehmet Ali bəy, Mehmet Ali bəy, gözünüzü yummayın" deyə qışqırırdı. Bax o səs məni həyata qaytardı", - deyə Mehmet Əli bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.