Maraqlı

Pul xərcləmədən yaxşı vaxt keçirməyin 12 yolu

14 İyul 2019 07:22
3 Şərh     Baxış: 1 667

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Nə qədər mümkünsüz görünsə də, əslində əylənmək üçün pul xərcləməyə, yaxud imkanlı olmağa ehtiyac yoxdur. Bir qəpik belə pul xərcləmədən vaxtınızı dəyərli keçirə bilərsiniz.

Bu dəfə "Gənclərə məsləhət" rubrikamızda pul xərcləmədən yaxşı vaxt keçirməyin 13 yolunu sizinlə bölüşürük. Məsələn, bu həftə sonu bunları sınaya bilərsiniz.

1. Film gecəsi:
Bir gecəni ailənizlə birlikdə film seyr etməyə həsr edin. Bu həftə sonu evinizdə komediya filmi festivalı keçirin. Gülmək insanları xoşbəxt edir. Hələ bunu sevdiklərinizlə birlikdə edirsinizsə, bu, daha da zövqvericidir.

2. Komanda oyunu
Birlikdən qüvvət doğar. Birinin həyətində, yaxud boş ərazidə dostlarınızla birlikdə oyun oynamaq əsl istirahətdir. Həm aranızdakı münasibət güclənir, həm də enerjinizi faydalı yerə xərcləyirsiniz.
 
3. Məşq
İdman etmək sağlamlığın açarıdır. İnternetdə müxtəkif məşq metodları var. Bundan əlavə, piyada yerimək və qaçmaq da seçimlər arasındadır.

4. Şəkil çəkmək
Qələm və kağızdan başqa heç nəyə ehtiyac yoxdur! Beyninizdəki düşüncələri kağıza tökmək ən böyük istirahətdir.

5. Fotoqraflıq
Kameranız olmasa belə, evinizdə maraqlı guşələr və əşyalar çəkmək üçün telefonunuzdan istifadə etmək mümkündür. Bunu kənarda edə və ziyarət etdiyiniz yerlərin gözəl şəkillərini çəkə bilərsiniz!

6. Təmizlik
Bəzi insanları təmizlik işləri ilə məşğul olmaq xoşbəxt edir.  Əgər siz də onlardan birisinizsə, darıxarkən çölə çıxıb pul xərcləmək əvəzinə, evdə təmizlik etməyə cəhd edə bilərsiniz.

7. Karaoke
Səsinizin gözəl olub-olmamağı önəmli deyil. Çox xoşladığınız bir mahnı varsa və oxumaq istəyirsinizsə, oxuyun!

8. Bloq yazmaq
Yazı insanları rahatlaşdırır, düşündürür, öyrədir və yaşamadıqlarını yazaraq yaşamağa imkan verir. Yazı yolu ilə düşüncələri ifadə etmək və digər insanlara çatdırmaq olar. Bu səbəbdən bir bloq açın və yazın.

9. Geyimlərin səliqəyə salınması
Qarderobunuzda uzun müddətdir ki, istifadə etmədiyiniz paltarlar varsa, bu həftə sonu onları səliqəyə salmağa vaxt ayırın. Bəlkə də onlardan istifadə etmək üçün həll yollarını tapa bilərsiniz. Əgər həqiqətən onu istifadə edə bilməyəcəyinizi düşünürsünüzsə, ehtiyacı olanlara verin. Qarderobunuzdakı bu kateqoriya əşyalarınızı daha yaxşı tanımaq üçün fürsətdir.

10. Kitab oxumaq
İçinizdə kəşf etmək istəyi varmı? Kitablar və təyyarə oxşar vasitələrdir. Hər ikisi də bizi dünyaya aparır. Bu həftə sonu bir kitab oxumaq istəyərdinizmi? Kitabxanadan kitab götürmək təyyarə bileti almaqdan daha sərfəlidir.

11. Könüllü işləmək
Kömək etmək sadəcə maddiyatla olmur. Bir təşkilata gedib orada insanlarla söhbət etmək, kömək etmək və təcrübə qazanmaq mümkündür.

12. Yeni dadlar üçün mətbəxə keçin
Mətbəxdə yemək bişirməyə çalışın. Yemək resepti bilməsəniz belə, cəhd edin. Təcrübələrinizi mətbəxdə bölüşün.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Name · 14 İyul 08:0520

    Bunlar debden duwub

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 İyul 10:1531

    Pul xerclemeden hec ne mumkun deyilll onda ele hammi otuub evde serin kondisionerin altinda televizorun izleyib sekilde ceksinnn.Bir mesəyə menzereli bir yere gedibbb oradaaa gozelll yemekler yemedinseeee, murrebbeynen sirniyyatnan samovar cayi icmedinseee stresss ata bilmezsenn

    Cavab yaz
  • Anonim
    Name · 14 İyul 18:3800

    Agzim sulandi;))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.