Maraqlı

Turistlərin Baykala girişi məhdudlaşdırıla bilər

26 İyun 2019 17:30
0 Şərh     Baxış: 992

Rusiya Prezidentinin təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov bildirib ki, turistlər Baykalı zibillədiklərinə görə onların gölə girişi məhdudlaşdırıla bilər.

O deyib: "Baykalda sənaye tullantıları praktiki olaraq yoxdur. Lakin məişət tullantıları durmadan artır. Baykala milyonlarla turist gəlir, onların arasında vəhşi insanlar az deyil. Sahildə tonlarla zibil atılıb qalıb".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İvanovun sözlərinə görə, Baykala giriş mühafizə olunan digər təbiət ərazilərinə olduğu kimi məhdudlaşdırıla bilər.

O deyib: "Gec-tez Baykala turist axınını məhdudlaşdırmaq lazım gələcək".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.