Maraqlı

Toyuna gedən bəy və gəlin yol qəzasında öldü - TÜKÜRPƏDƏN OLAY - VİDEO - FOTO

26 İyun 2019 12:59
0 Şərh     Baxış: 26 516

Meksikalı futbolçu Co Malek avtomobili ilə qəza törədib.

Milli.Az xəbər verir ki, 20 yaşlı futbolçu avtomobili ilə öz toylarına gedən cütlüyün avtomobilinə çırpılıb.

Nəticədə, Alexandro Kastra və Mario Peno adlı cütlük hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan futbolçu isə polis tərəfindən saxlanılıb. Məlum olub ki, Malek avtomobil idarə edərkən sərxoş olub.

Qəza baş verən gecə İnstaqramın hekayə bölməsində əlində içki qədəhi ilə rəqs edərkən çəkdirdiyi fotonu paylaşan futbolçunun qəzadan sonra hesabı silinib.

Meksikanın "Santos" klubunda forma geyinən və gələcəyinə ümidlə baxılan futbolçulardan biri olan Co Malekin qəza əsnasında içkili olduğu təsdiqini taparsa, onu ağır həbs cəzası gözləyir.

Qeyd edək ki, futbolçunun atası kamerunlu fubtolçu Yan-Klod Malekdir. O, "Santos"un uşaq akademiyasında oynayan zaman böyük klubların diqqətini çəkib. İlk olaraq Portuqaliyanın "Porto" klubuna icarəyə verilib. Daha sonra "Sevilya"da forma geyinib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.