Maraqlı

Sevgilisindən ayrılan məşhurdan gözlənilməz açıqlama

26 İyun 2019 13:14
0 Şərh     Baxış: 2 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda 4 illik sevgilisi Kerem Bursinlə ayrıdığını elan edən aktrisa Serenay Sarıkaya şəxsi həyatı haqqında yalan xəbər yazanları məhkəməyə verəcəyini bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sevgilisindən ayrıldıqdan sonra aktrisanın adı bir çox məşhurla hallanıb. Serenay Sarıkaya bu xəbərlərlə bağlı ciddi məşğul olacağını bildirib.

Sənətçi bu barədə aşağıdakı açıqlamanı yayıb:

"İnanmayacaqsınız, amma təkəm və çox xoşbəxtəm. Siz haqqımda hər gün heç bir əsası olmayan, hörmətsiz və həddsiz məlumatlar uydurmağa davam edərkən, mən gənc bir qadın olaraq edilən hücumlara baxmayaraq, hələ də ayaqlarımın üzərində möhkəm durmağa çalışıram. Bu qədəri olmaz! Bu qədər də deyil. Buna heç kəs inanmaz deyərkən, siz təsir gücü ilə adımı hallandırmağa və bundan heç bir halda narahat olmamağa davam edirsiniz. Gəlinən nöqtə inanılmazdır. Hörmət və anlayış xahiş etmişdim sizdən. Ancaq bunu hələ də bu zamanda bacara bilmiriksə, mən də lazım olanı etmək, haqqımda çıxan həqiqətdən uzaq, əsassız və çirkin dedi-qoduların yayılmasının qarşısını almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Bundan sonra mövqeyim bu istiqamətdədir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.