Maraqlı

Aralıq dənizində qorxulu anlar - Kliçko ailəsi ilə yanan yaxtada

26 İyun 2019 11:09
0 Şərh     Baxış: 1 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur boksçu Vladimir Kliçko və ailəsi Aralıq dənizində alov tələsinə düşüb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, İspaniyanın İbiza adasından Malyorkaya doğru hərəkət edən gəmidə yanğın başlayıb. Bu zaman yaxta sahildən 11 km aralı olub. İdmançı və onun ailəsini ispan sahil mühafizə xidməti xilas edib. Yaxtada olanlar xilas edilib və Malyorka yanğından mühafizə idarəsi vəziyyəti nəzarətə götürüb.

Yanğın maşın bölməsində başlayıb. Hələlik insidentin səbəbi bilinmir. Yaxta Adriano limanına gətirilib və yanğın söndürülüb. Göyərtədə olan 9 nəfərdən heç kəs xəsarət almayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.