Maraqlı

"Cəhənnəm istiləri" gəlir - Ölkələr təşvişdə

26 İyun 2019 15:48
0 Şərh     Baxış: 3 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropanın bir sıra ölkələri anomal istilərə hazırlaşır. Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada havanın temperaturu 40 dərəcədən yuxarı olacaq.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, yüksək temperaturu Avropaya Böyük Səhradan gələn külək gətirəcək. İsti havanın pik dövrü 26-28 iyul tarixlərində müşahidə olunacaq.

İspaniya meteoroloqları qarşıdan gələn havanı "cəhənnəm istisi" adlandırıb, Fransa isə intensivliyinə görə ikinci olan "narıncı" təhlükəsizlik həddində dəyərləndirib.

Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada müvafiq qurumlar ən yüksək hazırlıq səviyyəsinə gətirilib.

Qeyd edək ki, 2018-ci ilin iyulunda Oksford Universitetinin alimləri anomal istiləri iqlim dəyişikliyi ilə əlaqələndiriblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.