Maraqlı

Pişiyi səhvən 35 dəqiqə paltaryuyan maşında yudular

26 İyun 2019 19:20
0 Şərh     Baxış: 2 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Minnesota şəhərində maraqlı hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Stefani Kerroll-Kirxoff səhvən pişiyini paltaryuyan maşında yuyub. Stefani hər dəfə maşını yoxlasa da, bu dəfə üç pişiyindən birini unudub.

Soyuq su ilə 35 dəqiqə maşında yuyulan pişik sağ qalıb. O, maşının qapağını açanda pişiyin pəncəsini görüb. Stefani dərhal bir yaşı olan Feliks adlı pişiyi maşından çıxarıb və həkimə aparıb. Bununla yanaşı, pişik müvəqqəti olaraq görmə qabiliyyətini itirib, möhkəm soyuqlayıb. Hazırda onun vəziyyəti yaxşılaşıb.

Amma pişiyin müalicəsi sahibəsinə 700 dollara başa gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.