Maraqlı

Cütlük doğuşdan bir neçə dəqiqə əvvəl evləndi - FOTO

26 İyun 2019 10:39
3 Şərh     Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nyu-Cersi ştatında cütlük doğuşdan bir neçə dəqiqə əvvəl xəstəxanada evlənib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Maykl Qallardo və Mari Marqaritondo cütlüyü tezliklə dünyaya körpə gələcəyini düşünmədikləri üçün köçdən sonra əşyalarını yerbəyer edirmişlər. Maykl iş üçün çölə çıxanda Mari ona zəng edərək bildirib ki, artıq cifti açılıb. Onu təcili xəstəxanaya yerləşdiriblər. Amma onların münasibətləri qanuni olmadığı üçün Qallardo doğuş vaxtı çətinlik yaransa, qərar qəbul edə bilməyəcəyini anlayıb.

Bu zaman Qallardo əməliyyatdan əvvəl toy etmək qərarına gəlib. Xəstəxananın tibbi heyəti isə onlara kömək edib. Tibb bacıları çiçək alıblar və dini xadim dəvət ediblər. Cütlüyün valideynləri də təcili olaraq xəstəxanaya gəliblər.

Motsartın marşı isə mobil telefon vasitəsilə səsləndirilib. Cütlük öpüşdükdən sonra Marini əməliyyat ediblər, sağlam körpə dünyaya gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.