Maraqlı

47 yaşlı kişidə xərçəng tapıldı, ağciyərindən oyuncaq çıxdı – Tibbdə kuryoz

25 İyun 2019 21:11
0 Şərh     Baxış: 1 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

47 yaşlı kişidə ağciyərlərin bronxogen karsinoması aşkarlandıqda, həkimlər ona əməliyyat təyin edir. Lakin Böyük Britaniyada cərrah Muhammed Munavvar xəstəni əməliyyat edərkən, qəribə mənzərə ilə rastlaşıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, şişin çıxarılması zamanı ağciyərdə ilişib qalmış konus formasında oyuncaq aşkarlanıb. Sonradan pasiyent xatırlayıb ki, plasmas oyuncağı o 1974-cü ildə udubmuş. 40 il idi ki, o oyuncaq ağciyərin sağ payında ilişib qalmış,ətrafı toxuma ilə örtülmüşdü.

Xroniki öskürək, boğulma və pnevmoniya şikayətləri ilə xəstəxanada KT müayinədən keçən kişidə şiş diaqnozu qoyulub.
Əməliyyatdan 4 ay sonra öskürək tamamilə itmiş, rentgendə isə yüngül infeksiya əlaməti aşkarlandı.

Qeyd edək ki, uşaqlar körpəlikdə hər hansı predmet, oyuncaq hissəsi udduqda yad cisim ağciyər və bronxların elə hissəsində ilişib özünə yer edir ki, ya düzgün müayinə olunmur, ya da şikayət vermədiyindən uzun illər heç bir narahatçılıq yaratmır.

Dünya tibbində daxili orqanlarında oyuncaq 20-30 il sonra aşkarlanan 3 belə pasiyent olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.