Maraqlı

Boks ulduzu və deputat Valuyev beyin şişindən müalicə olunur – Həkimlər xəstəliyin səbəbini açıqladı

25 İyun 2019 21:08
0 Şərh     Baxış: 2 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boks üzrə eks çempion, Rusiyanın deputatı Nikolay Valuyev ictimaiyyətə bir neçə müddətdir müalicə aldığı beyin şişi-Akromeqaliya barədə açıqlama verib. Valuyev 2 əməliyyat keçirib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər xəstəliyin səbəbi və insan həyatı üçün nə dərəcədə təhlükəli olması barədə məlumat verib.
Valuyevdə akromeqaliyanın səbəbi  hipofiz vəzinin boy və böyümə hormonunu normadan dəfələrlə çox hasil etməsidir. Belə xəstələrdə boy və bədən çox iri olur, üz cizgiləri kobudlaşır, pəncə, əllər, çənə, qaş üstü hissə böyüyür.

Xəstədə hipofiz vəzin şişi, böyüməsi elə üzdən də başına baxdıqda görünürdü. Ola bilər, Valuyevdə uşaqlıqdan hansısa səbəbdən bu vəzi fəaliyyətini artırıb və ya məşğul olduğu boksla bağlı başından, boynundan aldığı zərbələr vəzini zədələyib.

Akromeqaliya tədricən proqressivləşir, həyat keyfiyyətini azaldır, ömrü qısaldır, əlilliyə səbəb olur. Dərman müalicəsi effekt vermədikdə, əməliyyat olunur, amma bu zaman da şişi tam götürmək məsələni həll etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.