Maraqlı

Tək batareyayla 1.050 km yol qət edən elektrikli təyyarə

25 İyun 2019 21:25
0 Şərh     Baxış: 1 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektrikli avtomobil inqilabı fonunda səyahət üçün daha ekoloji həllər yaxında səmaya çıxacaq kimi görünür. Təyyarə istehsalçısı Eviation, dünyanın tamamilə ilk elektrikli ticarət məqsədli təyyarəsi Alice modelini tanıtdı.

Ən çox doqquz sərnişin daşıya bilən və olduqca gözəl bir dizayna malik olan Alice, tam dolu tək bir batareyayla 10.000 fit yüksəklikdə saatda təxminən 450 kilometr sürətlə 1.050 km uçuş edə bilən litium-ion batareya ilə işləyir. Uçuşa qanad uclarına və gövdəyə yerləşdirilən üç ədəd pərvanə dəstək verir.

95 ədəd kompozit maddədən hazırlanan və qısa məsafəli uçuşlarda istifadə ediləcək olan bu ilk Alice modelinin 2022-ci ilə qədər xidmətdə olması gözlənilir. Firmanın bundan əlavə, hazırlanan daha böyük bir Alice məhsulu var. Firma, yeni Alice modelinin təxminən 1.200 km məsafəli daha güclü bir alüminium batareya ilə işləyəcəyini söylədi.

Alice, dünyadakı karbon 4 oksid yayılmasını və hava çirkliliyini böyük ölçüdə azaldacaq olan və yanacaq qənaəti baxımından olduqca əhəmiyyətli bir yerə sahib elektrikli təyyarə axınında bir ilk olaraq görülür. Elektrikli təyyarələrlə bu an uzun məsafəli uçuşlar mümkün görünməsə belə, inkişafı gözlənilən batareya texnologiyası sayəsində irəliləyən dövrlərdə elektrikli təyyarə sektoru ciddi bir inkişaf göstərə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.