Maraqlı

Ürəkkeçmə zamanı nələrdən istifadə etmək lazımdır

25 İyun 2019 22:25
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ürəkkeçmə bəzi xəstələrin üzləşdiyi problemlərdən biri olsa da, həmin vəziyyətdən çıxmaq üçün hansı tədbirlər görmək lazım olduğunu bilmirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova bu barədə deyib: "Ürəkkeçmənin başlanğıcında ən sadə və sınanmış vasitələrdən biri su və ya şərbət içməkdir. Təzə xiyar qoxulamaq da təsirlidir. Sınanmış vasitələrdən biri də turş heyva suyudur. Heyvanın qabığını soyub içini təmizləyəndən sonra döyüb suyunu çıxarır və süzərək bir gecə saxlayır, sonra ona bal və şəkər qataraq dərman kimi istifadə edirlər. Süsən iyləmək faydalı, zəfəran isə zərərli hesab edilir. Turş narın suyunu çıxarıb yarısına qədər şəkər qataraq süzgəcdən keçirmək və istifadə etmək faydalıdır. Şirin badam yağı, gavalı yemək və bal şərbəti içmək ürəkkeçmədə çox təsirli vasitə hesab olunur".

Həkim-kardioloqun dediyinə görə, ürəkkeçmə zamanı xəstənin rəngi qaçarsa, bədəni soyuyarsa və soyuq tər basarsa, üzünə sərin su və gülab çiləmək, gülab, kafir, müşk və ənbər iylətmək, limon və narıngi yedirtmək məsləhətdir. Qızılgül suyunun damcı-damcı içirilməsi də faydalı təsir göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.