Maraqlı

Şar balığının zəhəri ağrıkəsici kimi araşdırılır

25 İyun 2019 23:25
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boston Uşaq Xəstəxanasının alimləri tərəfindən aparılan bənzərsiz bir araşdırma ilə şar balığından əldə edilən tetrodotoksindən lokal anesteziya maddəsi yaradıldı. Bu araşdırmayla toksinin yayılması və təsiri idarə altına alınaraq, 3 günə qədər lokal anestezik təsir təmin edilə bilir. Əslində tetrodotoksin yüzlərlə insanı öldürməsiylə tanınan bir zəhərdir.

Tetrodotoksin həqiqətən iflic edən inanılmaz təsirli bir zəhərdir. Alimlər isə ağrını kəsmək üçün və anestezioloji maddə kimi, bu toksinin bənzərsiz bir mexanizmə sahib olduğunu bilirdi.

Əsl çətinlik isə, bu toksini bədənin spesifik bir bölgəsinə etibarlı formada, lazımlı həcmdə tətbiq edilməsidir. Daha əvvəl aparılan sınaqlarda dərman sürətli bir formada sızaraq, sistemik toksisitə yol açıb. Əgər bu toksin damarla məhdudlaşdırılmadan verilsə, dəfələrlə siçanları asanca öldürə bilər. Araşdırmaçılar bu texnikanın təsirini lokalizə etmək üçün, kimyəvi keçiricilik artırıcı adı verdikləri bir maddə yaratdı. Bu sayədə tetrodotoksin sinir toxumasına asanca nüfuz edir. Yəni bu sayədə toksin lokal toxumaya asanca spesifik olaraq sızaraq, daha aşağı miqdarlarda asanca təsir edə bilir. "Bu artırıcı sayəsində, sistemik toksisit artırmadan dərman konsentrasiyasının səviyyəsi az olduğunda belə təsirli hala gətirəcək", - deyə Koheyn bildirib. Hələlik bu texnika yalnız heyvanlarda təsdiqlənsə də, ilk nəticələr çox yaxşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.