Maraqlı

İtirilən qulaq dəniz sahilində tapıldı

26 İyun 2019 03:30
0 Şərh     Baxış: 3 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın Cənubi Karolina ştatının Byufert şəhərində maraqlı hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Merrit Yeqer ailəsi ilə Florida sahillərində istirahət edərkən bahalı qulaq protezini itirib. O, çimərlikdə gəzərkən güclü dalğa sinəsindən vurur və onun protez qulağı yerə düşür. Ailənin digər üzvləri də itən qulağı axtarıblar və tapa bilməyiblər.

Yeqer ailəsi ilə Floridanı tərk edəndə, dəniz sahilində kimsə protez qulaq tapır və onu polisə təqdim edir. Detektiv Brayan Holl "ABC News"a müsahibəsində qeyd edir ki, belə hal ilə ilk dəfədir rastlaşır:

"Əvvəlcə bunun protez və ya əsl qulaq olduğunu anlamadım. Biz "Facebook"da elan verdik. Amma qulağın sahibini tapacağımıza inanmırdıq".

Protez qulaq barədə məlumat Yeqerə də çatır. O, polisə zəng edir və protezin məhz ona məxsus olduğunu deyir. Polis isə protezi Cənubi Karolinaya göndərir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.