Maraqlı

İnstagram şərhləri kök modeli ağlatdı - FOTO

24 İyun 2019 16:54
0 Şərh     Baxış: 9 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fotolarıma yazılan şərhləri oxuyanda pərişan oldum, ağladım".

Milli.Az The Sun-a istinadən bildirir ki, irlandiyalı plus-size model İrena Drezi belə deyib.

"PrettyLittleThing" internet dükanının reklam kampaniyasına qatılan modelin fotolarını retuş etməyiblər. Fotolar olduğu kimi yayılıb.

"Şərhlərin 90 faizi pozitiv idi. İnanılmazdı. Oxudum, kövrəldim, ağladım. Qızlar mənə yazır, tarixçələrini bölüşürdülər. Onlar məndən ruhlanır, qolsuz topiklər geyinərək küçələrə çıxır, qollarını göstərməyə utanmırlar. Belə nəticə məni ruhlandırdı. Deməli, gerçəkdən də insanlara yardım edirəm", - Drezi deyib.

22 yaşlı İrenanın sözlərinə görə, kök olduğuna görə daim özündən bədgüman olub: "Özümü nərmənazik yaşıdlarımla müqayisə edir, utanırdım. Həmişə böyük ölçüdə paltarlar geyinirdik. Halbuki belə müqayisələr qadını içdən dağıdır. Halbuki insanlar fərqlidir. Kimsə kimsəyə bənzəməli deyil".

Baldırlarında selülit, qarnında piy qatları olsa da, İrena Drezinin fotolarını milyonlarla insan bəyənib. "PrettyLittleThing"in müştəriləri onu qədim yunan heykəllərinə, sənət əsərinə bənzədiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.