Maraqlı

Alimlər smartfonların naqilsiz doldurulması üzərində işləyirlər

24 İyun 2019 23:16
0 Şərh     Baxış: 1 596

Tokio Universitetinin alimlər qrupu smartfonları və digər qurğuları naqilsiz doldurma texnologiyaları üzərində çalışırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, bunun üçün 3x3 metr ölçüdə otaq ayıran alimlər onun döşəməsinə və divarlarına maqnit sahəsi yaradan xüsusi panellər yerləşdiriblər. Bundan əlavə, onlar smartfonun arxa hissəsinə maqnit dalğalarını elektrik enerjisinə çevirən kiçik çarx birləşdiriblər.

Bu təcrübədən sonra alimlər smartfonu naqilsiz doldurmağın və işığı birbaşa əlaqə yaratmadan yandırmağın mümkün olduğunu bildiriblər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.