Maraqlı

Yadplanetli gəmi qəzaya uğradı - İDDİA - FOTO

24 İyun 2019 13:07
1 Şərh     Baxış: 4 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur ufoloq Skott Uorinq "Google Maps" xəritəsinin köməyi ilə Antarktidada yadplanetli gəminin qəzaya uğradığını öyrəndiyini bildirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ufoloqun iddiasına əsasən, yadplanetli gəmi Antarktidanın şimalındakı adada qəzaya düşüb. Qəzadan sonra gəmi 450 metr buzun üzərində sürüşüb.

Uorinqin fikrinə əsasən, UNO çox böyük sürətlə buza çırpıldığı üçün yadplanetlilərin öldüyünü düşünür. Gəminin başqa sivilizasiyaya aid olduğu barədə isə Uorinq əminliklə danışır. Ufoloq dəfələrlə Antarktidanın insanları müşahidə edən yadplanetlilərin bazası olduğundan bəhs edib.

Bəzi ekspertlərin fikrinə əsasən, fotodakı gəmi yox, Ameliya Erhartın təyyarəsidir. Ameliya ilk pilot qadındır və itkin düşüb. Bir çoxları qadının okeanda həlak olduğunu düşünür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.