Maraqlı

"Ceyms Bond" filmində qalmaqal - Qadınlar tualetində kamera

24 İyun 2019 13:59
0 Şərh     Baxış: 2 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktyor Deniel Kreyqin baş rol ifaçısı "Ceyms Bond" filminin çəkiliş meydançasında qalmaqal meydana çıxıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, çəkiliş meydançasındakı qadınlar tualetində kamera tapılıb. Polis məsələ ilə bağlı cinayət işi qaldırıb.

Film "Pinewood Studios" tərəfindən çəkilir. "Ceyms Bond" seriyasının 25-ci filmi 2020-ci ildə təqdim ediləcək. Bir neçə gün əvvəl isə qadınlar tualetinə yerləşdirilmiş gizli bir kamera tapılıb. Polis 49 yaşlı bir nəfəri artıq saxlayıb.

Studiyadan isə məsələ ilə bağlı açıqlama verilib:

"Baş verənləri çox ciddi qəbul edirik. Polisi xəbərdar etdik və cinayət işi ilə bağlı onlara hər cür dəstəyi veririk".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.