Maraqlı

"Hamını xain, satqın obrazında görən bu psixikası pozuq özünü inandırıb ki..." - Fazil Mustafadan sərt cavab

22 İyun 2019 18:24
6 Şərh     Baxış: 2 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ara-sıra sosial şəbəkədə, müxtəlif dövrlərdə mətbuatda yayımlanmış müsahibələrimi bəzi dostlarımız paylaşırlar.

Biz fikirlərimizi açıq şəkildə danabaşlara, nadanlara rəğmən söyləməkdən çəkinmədiyimizdən, bu cür paylaşımlara da normal yanaşırıq.

Milli.Az Kult.az-a istinadən məlumat verir ki, bu sözləri deputat Fazil Mustafa Feysukda yazıb.

O, əlavə edib: "Bu müsahibələrdən biri də "Səfəvilər bizim fəlakət tariximizdir" adlı bir sözümüzdür və ona rəy yazanların içində xalq hərəkatından tanıdığım Xaliq Bahadır profil adı diqqətimi çəkdi.

Hamını xain, satqın obrazında görən bu psixikası pozuq özünü inandırıb ki, Azərbaycanda istiqlal mücadiləsinin öncüllərindən biridir və azadlığımızın inhisarçılığı da məhz ona məxsusdur.

Maraqlı olan başqa bir məsələdir: "Səfəvilər bizim fəlakət tariximizdir" ifadəsinin müəllifi böyük mütəfəkkirimiz Əhməd bəy Ağaoğludur və türklərin 16-cı əsrdə Bakını Səfəvilərin işğalından azad etməsini birinci qurtuluş hadisəsi kimi qiymətləndirən də böyük öndərimiz Məhəmmədəmin Rəsulzadədir.

Mən də tarixə baxışımda əsas istinad mənbəyi kimi onları götürürəm və mövqelərini haqlı sayıram. Xaliq Bahadır yazılarında ağızdolusu Rəsulzadədən, Ağaoğlundan danışır, ancaq məlum olur ki, onların düşüncələrindən qətiyyən bir şey anlamayıb.

Bu saxta millətçilərin beyinlərinin içində ağıldan daha çox qum dənələri yerləşmiş sanki... Türk vücudu, fars düşüncəsi - böyük xalq hərəkatımızdakı bir çox tanınmış insanların özəlliklərindən biri də təəssüf ki, bu olmuş..."

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.