Maraqlı

Həsəd aparan insanın 3 əlaməti

25 İyun 2019 23:20
0 Şərh     Baxış: 2 496

İmam Sadiq (ə) buyurur: "Həsəd aparan insanın üç əlaməti olar:

1. İnsanın arxasınca qeybət edər.

2. Qarşılaşan zaman yaltaqlanar.

3. Bəla və müsibət zamanı insanı məzxərə edər".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) buyurub: "Alov odunu yediyi kimi, paxıllıq da imanı yeyər".

İmam Sadiq (ə) buyurub: "Bir-birinizə paxıllıq etməkdən çəkinin, çünki, küfrün kökü - paxıllıqdır".

İmam Əli (ə) buyurub: "Həsəd çəkən şəxs qədər məzluma daha çox oxşayan zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəm-qüssəsi daimidir".

Allahın Peyğəmbəri (s) buyurub: "Allah Təala Musa ibn İmrana (ə) buyurmuşdur: "Həqiqətən, paxıl olan şəxs Mənim nemətlərimdən narahat və bəndələrim üçün böldüyüm qismətə etiraz edəndir"".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.