Maraqlı

İnsanın qazancı haramdırsa, bu qazancla həccə getsə, hacı sayılır?

25 İyun 2019 23:15
1 Şərh     Baxış: 1 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həcc İslamın mühüm əmrlərindən biridir və müəyyən şərtlər daxilində vacibdir. Hər kimin fiziki və maddi imkanı varsa, mütləq heç olmasa bir dəfə həccə getməlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, lakin bütün başqa xərclər kimi, həccin xərci də halal olmalıdır. Halallıq İslamın ən çox əhəmiyyət verdiyi mövzularsan biridir. Bir şəxs haram yolla qazanc əldə edirsə, həmin pul onun əmlakı sayılmır və ondan istifadə etmək haqqı yoxdur. Bu pulla nə etsə də, Allahın hüzurunda qəbul olmayacaq. Haram qazancla həccə gedən şəxsin ziyarəti qəbul olmaz, həcc vəzifəsi də öhdəsindən götürülməz. Halal qazanc əldə etdikdən sonra həcc üçün lazım olan məbləğ toplansa, yenə boynuna həcc gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.