Maraqlı

Peyğəmbərin (s) neçə əmisi olub?

25 İyun 2019 21:15
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyğəmbərin (s) babası Əbdülmüttəlibin övladlarının sayı və adları barədə məlumatlar fərqlidir. Onun 5 və ya 6 qadınla evləndiyini, bunlardan 16, 17, 18 və ya 19 övlad sahibi olduğunu yazırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, qızlarının sayı 6, oğullarının sayı isə müxtəlif rəvayətlərə görə, 10, 11, 12, 13 və ya 14 olmuşdur. Bəzi müəlliflər Əbdülmüttəlibin oğullarına aid edilən bəzi adları ləqəb saymışlar. Peyğəmbərin (s) əmilərindən bunların adlarına dini mətnlərdə daha çox rast gəlinir: Əbu Talib, Əbu Ləhəb (Əbdülüzza), Həmzə və Abbas. Əbdülmüttəlibin oğulları arasında ən böyüyü Haris, ən kiçiyi Abbasdır. Peyğəmbərin (s) atası Abdullah¬la İmam Əlinin (ə) atası Əbu Talibin anası eyni qadındır (Fatimə bint Əmr).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.