Maraqlı

"YouTube" uşaqlar üçün ayrı platforma yaratmaq istəyir

21 İyun 2019 11:40
0 Şərh     Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"YouTube" rəhbərliyi azyaşlı istifadəçiləri pis məzmunlu videoçarxlardan qorumaq üçün uşaq məzmununu ayıraraq onu ayrı bir platformaya daşımağı planlaşdırır.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, təklif edilən yeni platforma "YouTube Kids" mobil proqramı tərəfindən idarə olunacaq.

Ancaq bu, şirkət üçün kifayət qədər əlverişsiz qərardır, çünki uşaqlar sözügedən videohostinqin ən aktiv istifadəçiləri hesab olunur və baxılan reklam çarxlarından böyük gəlir qazandırırlar.

Həmçinin rəhbərlik uşaq auditoriyası üçün yeni videonun avtomatik göstərilməsi xidmətini deaktiv etmək istəyir. Şirkət bu xidmətə görə tez-tez tənqid edilir, çünki zərərsiz məzmuna baxışdan sonra təhlükəli çarxlar təklif edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.