Maraqlı

“Stimul Hospital”ı ifşa edən həkim işdən qovuldu – Xəstənin təzyiqini sala bilmirdi

20 İyun 2019 22:33
3 Şərh     Baxış: 2 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən "Stimul Hopsital"ın həkimi tibb müəssisəsi barədə sensasion iddialar səsləndirmişdi. Umud Khazaroviç adlı həkim özünün sosial şəbəkədəki hesabında işlədiyi klinikadakı dözülməz vəziyyətdən, buradakı dərmanların keyfiyyətsizlikdən və s. yazmışdı.

Milli.Az medicina.az-a istinadən bildirir ki, məsələ ilə bağlı açıqlama verən adıçəkilən klinikanın marketinq üzrə əməkdaşı Ayça Dəmirova bildirib ki, həkimin səsləndirdiyi iddialar heç bir fakta söykənmir:
 
"İlk öncə qeyd edək ki, saytlarda verilən statusun müəllifinin adı Umud Khazaroviç yox, Elgiz Əliyevdir. Bu həkim bu günə kimi bizdə çalışırdı. Ona işində yol verdiyi nöqsanlara görə irad tutulmuşdu. Bu yaxında isə reanimasion tədbirlər zamanı xəstənin təzyiqini sala bilmədiyi üçün rəhbərlik tərəfindən sərt tənqid olundu.
Ondan sonra həmin həkim bu iradları həzm etməyərək, aqressiya və qəzəb halında sosial şəbəkələrdə tamamilə əsassız status paylaşaraq, klinikanın imicini ləkələməyə çalışıb".

Xəstəxana əməkdaşının sözlərinə görə, həkim Elgiz Əliyev artıq bu gün işdən uzaqlaşdırılıb:
 
"Onun statusda yazdığı faktları isə özü belə sübut edə bilmədi. Çünki statusda qeyd olunub ki, VİP palatada heç nə yoxdur. Halbuki bizdə hamam da, tualet də var.
 
Dərmanlar isə rəsmi qaydada "Avromed"dən alınır və hər bir dərmanla təchiz olunmuşuq.  Gecə növbəsində olan həkimlərin otağında da havalandırma sistemi təchiz olunub.  Bir sözlə, həkim bir neçə dəfə iradlardan sonra işdən çıxarılacağını hiss etdiyi üçün bu tənqidləri həzm etmədiyindən cəmiyyətə yanlış məlumat verib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.