Maraqlı

Apple Google-ni əzib keçdi

25 İyun 2019 08:15
0 Şərh     Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Android əməliyyat sistemi smartfon bazarında 85?zar payına malik olmasına baxmayaraq App Storenin Play Storedən daha üstün mövqeyə sahib olduğunu söyləyə bilərik.

Milli.Az chip.az-a istinadən bildirir ki, data araşdırma aparan Sensor Towerin son hesabatına görə, App Store-un ən yaxşı 100 proqramı 2019-cu ilin birinci rübündə Appleyə 83,8 milyon dollar gəlir gətirdi. Bu Play Storenin 51 milyon dollar gəlirindən daha yüksəkdir. Aradakı fərq çox ciddi olsa da ötən ilki g fərqinin iki bal azaldığını qeyd etmək lazımdır.

Başqa bir maraqlı məqam odur ki, 2014-cü ildən 2019-a qədər müddətə nəzər salsaq görərik ki, hər iki tətbiq mağazasının illik artım tempi demək olar ki, eynidır. Bundan əlavə, App Storenin 1.3 illik artım sürəti Googlenin Play Storesinin 1.2-lik artım sürətini ötüb keçib.

Oyunlardan əldə edilən gəlirlər araşdırıldıqda fərqin bu qədər ciddi olmadığını görürük. App Storedə ən yaxşı 100 oyundan əldə olunan gəlir 70 milyon dollar olduğu halda Play Storedəki dəyər isə 48 milyon dollar təşkil edir. Bu, 48%-lik fərqi ortaya qoyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.